Azәrbaycanlı Ermәnistanın deputatı olmaq istәyir

10 Avqust 2013 07:15 (UTC+04:00)



Azərbaycanlı Osmanov Feyruz İmin oğlu Ermənistanda keçiriləcək parlament seçkisində öz namizədiyini irəli sürmək istəyir.

Bu barədə, Ermənistan vətəndaşı olan Feyruz Osmanov ANS PRESS-ə göndərdiyi e-maildə məlumat verib. Ermənistan vətəndaşlığından öz xahişi ilə imtina etmədiyini deyən Osmanov bu addımı Qriqori Ayvazyana cavab olaraq atmaq istədiyini vurğulayıb.

"Mən Osmanov Feyruz İmin oğlu 1981-ci ildə Ermənistan respublikasının Kolinino (indiki Dashir) rayonunda anadan olmuşam və 1988-ci ildə məlum hadisələrdən sonra qaçqın kimi Bakıda məskunlaşmışam. 2004-cü ildə ADNA-nı qurtarmışam. Mən Osmanov Feyruz İmin oğlu hal hazırda da Ermənistan vətəndaşı sayılıram. Ona gorə ki, öz xahişim ilə vətəndaşlıqdan imtina etməmişəm ve mən Qriqori Ayvazyanın iddiasına cavab olaraq Ermənistan parlamentinə namizədliyimi vermək istəyirəm. Fikirimdə qətiyəm!"

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi təxminən 2017-ci ilin may ayında keçiriləcək.

Xatırlaq ki, Ermənistanda yaşayan erməni əslli Qriqori Ayvazyan ölkəmizdə keçirilən 2010-cu il parlament seçkisində Azərbaycan vətəndaşı kimi namizəd olmaq istədiyini açıqlamışdı.


AzNews.az