Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb

9 Mart 2024 12:40 (UTC+04:00)

Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb.

Aznews.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi Kərim Kərimov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

1963-cü il təvvəllüdlü Sadiq Qadir oğlu Əliyevin meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.