Misirin Sina yarımadasına hücum; ölənlər var

10 Avqust 2013 08:12 (UTC+04:00)
İsrail Misirin Sina yarımadasına hücum edib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, raket zərbələri nəticəsində 5 nəfər həlak olub.

Misir rəsmiləri İsrail pilotsuz uçuş aparatları ilə hücum zamanı ölənlərin "cihadçı islam" qruplarına mənsub olduqlarını bildiriblər. Hücum zamanı qrupun raket bazası da məhv edilib.


AzNews.az