Bukingem sarayının qapısına çırpıldı: Saxlanıldı

11 Mart 2024 12:32 (UTC+04:00)

İngiltərənin paytaxtı Londonda avtomobil Bukingem sarayının qapısına çırpılıb.

İngiltərə polisi gecə saatlarında baş verən hadisə ilə bağlı verdiyi açıqlamada sarayın giriş qapısına çırpılan kişi sürücünün saxlanıldığını açıqlayıb.

Hadisənin baş verdiyi anı izah edən bir şahid "böyük partlayış" eşitdiyini ifadə edərək, "Hadisə yerinə gedib baxanda Bukingem sarayının qapısına çırpılan bir avtomobil gördüm",-deyə qeyd edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, xəsarət alan olmayıb.

Mövsüm

Aznews.az