Yarım tondan çox narkotik ələ keçirildi

10 Avqust 2013 09:14 (UTC+04:00)
Ekvadorun hərbi-dəniz qüvvələri tərəfindən narkotiklə dolu qayıq saxlanılıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qayıqda 530 kiloqramdan çox narkotik aşkarlanıb.

Narkotik yanacaq üçün kanistrlərdə gizlədilib. Üç nəfərdən ibarət ekipaj saxlanılıb. Onların üstündə heç bir sənəd olmayıb.

Ekvador rəsmilərinin versiyasına görə, qayıq Mərkəzi Amerika ölkələrindən birinə gedirmiş. Oradan isə kokaini Birləşmiş Ştatlara ötürmək planlaşdırılıbmış.

AzNews.az