Cəlilabadda fəhlə bədbəxt hadisə nəticəsində öldü

10 Avqust 2013 09:39 (UTC+04:00)
Cəlilabad rayonunda 30 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Cəlilabad rayon polis şöbəsindən Anspress-in verdiyi məlumata görə hadisə Cəlilabad rayonundakı tikinti materialları sexində baş verib.

Sexdə fəhlə kimi çalışan 1983 cü il təvəllüdlü Cəlilabad rayon Azərbaycan küçəsi sakini Rzayev Nahid Sakit oğlu elektrik vurmasından dünyasını dəyişib. İlkin ehtimala görə hadisə fəhlənin ehtiyatsızılığı nəticəsində baş verib. Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırmalar aparılır.


AzNews.az