Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya transferi istisna edilir.
Bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Georgi Volski deyib.
“Bir insanın sizin ərazinizdə cinayət törətmiş şəxsi (Saakaşvilini - red.) Ukraynaya təhvil vermək istəyi necə ola bilər? Mən dəqiq bilirəm ki, o, Ukraynadakı partiyasının sıralarına qoşulacaq və heç kim ondan cavab istəməyəcək”, - deyə Volski bildirib.
Mövsüm
Aznews.az