İranda yeni baza tikilir

10 Avqust 2013 10:14 (UTC+04:00)
İran ballistik raketlərini sınaqdan keçirmək üçün baza inşa edir. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın hərbi kəşfiyyat jurnalı "Janes Intelligence Review" xəbər dərc edib.

Məlumatda qeyd olunur ki, peyk görüntüləri İran rəhbərliyinin son üç ildə paytaxt Tehran şəhərinin 100 kilometr şimal-şərqində yerləşən Şahrud şəhərində belə bir baza tikdiyini üzə çıxarıb. Xəbərdə İranın üçüncü bazanın digər iki raket bazasına son dövrdə ağırlıq verdiyi kosmik proqramını inkişaf etdirmək üçün istifadə edilməsinə köməkçi olmaq məqsədilə tikildiyi yazılıb.

Böyük Britaniyada nəşr olunan "The Daily Telegraph" qəzeti isə hərbi mütəxəssislərə istinadən İranın qatı yanacaq istehlak edən ballistik raketlər atmaq məqsədilə yeni qüllə inşa etdiyini yazıb. Xəbərdə ötən ay peyk vasitəsilə çəkilən və 23 metrlik bir qüllənin raketlərin enişi üçün montaj edildiyini göstərən fotoşəkil əldə olunub. Bazanın İranın Simnan vilayətindəki ilk kosmik bazaya yaxın bir yerdə olduğu və kosmosa atılan raketlər üçün deyil, ballistik raketlər üçün istifadə ediləcəyi vurğulanıb.

AzNews.az