Bundestaq Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı qətnamənin əleyhinə səs verib

14 Mart 2024 17:59 (UTC+04:00)

Bundestaq Ukraynaya "Taurus" raketlərinin tədarükü ilə bağlı digər qətnamənin əleyhinə səs verib.

Bu barədə parlamentin saytında yayımlanan səsvermədə qeyd edilib.

Beləliklə, Xristian Demokrat və Xristian Sosial Birlikləri (CDU/CSU) blokunun irəli sürdüyü qətnamə layihəsi dəstək tapmadı. CDU/CSU ikinci dəfədir ki, belə bir təşəbbüs irəli sürür.

Mövsüm

Aznews.az