Üç gün əvvəl baş verən kütləvi dava ilə bağlı yeni məlumat

10 Avqust 2013 09:53 (UTC+04:00)
Üç gün öncə Bakıda baş verən kütləvi davada xəsarət alanlardan biri ölüb, hadisənin digər iştirakçıları isə tutulub.


Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, avqustun 7-də Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən körpünün yanında Bakı şəhər sakini Sənan İsmayılov mübahisə zəminində cib bıçağı ilə Seymur Rzayevə, Samir Aslanova və Sərdar Zamanova xəsarətlər yetirib. S. Zamanov aldığı bıçaq xəsarətindən 3 saylı Xəstəxanada ölüb. Əməliyyat tədbirləri nəticəsində S. İsmayılov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayətin digər iştirakçıları, əvvəllər məhkum olunan Məhəbbət Rzayev və qardaşı Nizami isə avqustun 8-də tutulublar .

AzNews.az