Professor Şirindil Alışanlı vəfat edib

14 Mart 2024 21:12 (UTC+04:00)

Filologiya elmləri doktoru professor Şirindil Alışanlı vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə AMEA Ədəbiyyat İnstitutundan məlumat verilib.

Şirindil Alışanlı 28 oktyabr 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini bitirdikdən sonra ədəbi tənqid üzrə ixtisas kursunu tamamlayıb. 1976-1987-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

Həmçinin 1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü ildə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub.

1990-cı ildən isə "Sabah" nəşriyyatının direktoru olaraq çalışıb. 1976-cı ildən ədəbi-tənqidi məqalələri mətbuatda çap olunur.

5 kitab, 100-dən çox elmi məqalə müəllifidir.