İlham Əliyev: Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

16 Mart 2024 15:09 (UTC+04:00)

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.