ABŞ prezidenti Putini lağa qoydu

10 Avqust 2013 10:40 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Ağ Evdə təşkil etdiyi mətbuat konfransında son dövrlər Rusiya hökuməti ilə münasibətlərə dair açıqlama verib.

Modern.az saytı xəbər verir ki, Obama iki ölkə arasındakı münasibətlərdə gərginliyin artmasına baxmayaraq, Vladimir Putinlə şəxsi münasibətlərinin arzulanan səviyyədə olduğunu vurğulayıb və zarafatından da qalmayıb.

"Bilirəm ki, mətbuat bədən dilinə çox önəm verir. Putinin arxasına söykənərək duruş tərzi var. Sinifdə arxa sırada müəllimdən gizlənmək istəyən sıxılan uşağa bənzəyir. Amma doğrusu budur ki, onunla görüşlərimiz əhəmiyyətli nəticələrlə yekunlaşır".

ABŞ prezidenti son günlərdə Rusiya ilə münasibətlərin gərginləşməsinə, Putinlə G20 çərçivəsində təkbətək görüşdən imtina etməsinə aydınlıq gətirib. O, deyib ki, Sovetlər Birliyi dağıldıqdan sonra ABŞ-la Rusiya münasibətlərində bir gərilmə sezilir.

"Bəzi sahələrdə ortaq maraqlarımız olsa da, bəzi məsələlərdə aramızda rəqabət var".

AzNews.az