Yens Stoltenberq: Cənubi Qafqaz regionunda sülh çox vacibdir

17 Mart 2024 20:49 (UTC+04:00)

Cənubi Qafqaz regionunda sülh çox vacibdir və indi Azərbaycanın onu bərqərar etmək imkanı var.

Aznews.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Azərbaycanın sülhü bərqərar etmək imkanı var", - o deyib.

Alyansın Baş katibi həmçinin Ukraynaya davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.