Arzu Rəhimov Qaxda vətəndaşları qəbul etdi

10 Avqust 2013 13:00 (UTC+04:00)
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bu gün Qax rayonunda simal-qərb regionu üzrə vətəndaşları qəbul edib. Bu barədə APA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarından olan 25-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

AzNews.az