İsveçrə amerikalı jurnalistdən üzr istədi

10 Avqust 2013 13:55 (UTC+04:00)
İsveçrədə Sürix şəhər rəhbərliyi və ölkənin turizm nazirliyi Amerikanın məşhur teleaparıcısı "Forbes" jurnalına görə dünyanın ən zəngin qadınlarından olan Opra Uinfridən üzr istəyib.

Buna səbəb isə, Uinfrinin Sürix şəhərində irqçi təhqirlərə məruz qalması olub. Uinfri Sürixdə yerli mağazalardan birində olan zamanı satıcıdan qara rəngdə çantanı istəsə də satıcı həmin çantanı ona satmaqdan imtina edib. Özünün sözlərinə görə, satıcı çantanın qiymətinin 38 min dollar olduğunu və onun bunu almaq üçün imkanının çatmayacağını bildirib. Satıcının bu sözləri birbaşa təhqir olmasa da, Opra bunu qaradərililərə qarşı təhqir hesab edib. Opranın Amerikanın "Enterteyment Tunayt" şousunda məsələ ilə bağlı sözlərindən sonra İsveçrənin turzim nazirliyindən ona dərhal zəng gəlib və nazirliyin nümyəndələri, həmçinin, Opranı alçaldan satıcı üzrxahlıq ediblər.

"Sürix turzimi bu hadisəyə görə təəssüf edir. Bizim şəhərimiz bütün dünyada məşhurdur. Əhalimiz isə, açıq fikirli və müasir insanlardır. Bu hadisə, həqiqqən də, şəhərin imicinə başucalığı gətirmir" - deyə turizm nazirliyinin nümayəndəsi Kristian Trotman bildirib.

Qeyd edək ki, İsveçrənin yerli Blik qəzeti çantanın timsah dərisindən olduğunu və amerikalı aktrisa Cenifer Enistonun adına hazırlandığını yazıb./anspress/

AzNews.az