Xarici ölkə vətəndaşının planşeti “oğurlandı“ - Bakıda

10 Avqust 2013 14:25 (UTC+04:00)
Avqustun 9-da saat 03:50 radələrində naməlum şəxslər tərəfindən Böyük Britaniya vətəndaşı Uilyam Reynin noutbukunun və 50 manat pulunun əlindən alınması barədə DİN-in 102 zəng хidmətinə məlumat verilib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yеrinə çıхan Nəsimi RPİ-nin əməkdaşları U.Reyni sərxoş halda olduğundan həmin anda dindirə bilməyiblər.

Həmin gün saat 17:30 radələrində "City Palace" hotelində mühafizəçi işləyən Bakı şəhər sakini Rüfət Rəhimov hotelin qarşısından tapdığı planşeti və 50 manat pulu polis bölməsinə təqdim edib.

Bölməyə dəvət olunmuş U.Reyn planşetin və pulun ona məxsus olmasını təsdiq edib, lakin ona qarşı heç bir hadisənin törədilmədiyini və şikayətçi olmadığını bildirib.

AzNews.az