Azərbaycanla İran arasında yeni sərhəd- keçid məntəqəsi açılır

10 Avqust 2013 14:50 (UTC+04:00)
Horadiz-Aslanduz keçid məntəqəsindən əsasən sərhədi piyada keçən şəxslər istifadə edəcəklər


Azərbaycan tərəfi İranla dövlət sərhədində Horadiz sərhəd-keçid məntəqəsini istifadəyə hazırlayır. APA-nın məlumatına görə, artıq Azərbaycan tərəfdə sərhəd-keçid məntəqəsində inşaat işləri başa çatmaq üzrədir.

Sərhəd keçid məntəqəsində pasport nəzarət, yüklərin yoxlanılması bölmələri qurulub. Bununla yanaşı, Horadiz şəhərindən məntəqəyədək olan yolun asfaltlaşdırılması işləri həyata keçirilir. Yolun çəkilməsi bir neçə həftə ərzində yekunlaşacaq.

APA-nın əldə etdiyi məlumata görə, Horadiz-Aslanduz keçid məntəqəsindən əsasən sərhədi piyada keçən şəxslər istifadə edəcəklər. Azərbaycandan İrana, habelə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri isə Biləsuvar məntəqəsindən keçəcək.

AzNews.az