İndoneziyada təbii fəlakət: 3 min nəfər təxliyyə olundu

10 Avqust 2013 18:00 (UTC+04:00)
İndoneziya hakimiyyəti Rokatenda vulkanının püskürməsi səbəbindən Palue adasından təqribən 3 min nəfəri təxliyyə edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Assoşieyted Press" agentliyinin məlumatına görə, vulkan püskürməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Ölənlərdən ikisinin uşaq olduğu deyilir.

Şənbə günü Şərqi Nusa-Tenqara vilayətində Rokatenda vulkanı püskürməyə başlayıb. KİV-in məlumatına görə, lava axını Rokirole kəndində bir neçə evi dağıdıb.


AzNews.az