Qvardiyanın 16 əsgəri qəza nəticəsində həlak oldu

10 Avqust 2013 19:05 (UTC+04:00)
Mərakeşin şimalında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində kral qvardiyasının 16 əsgəri həlak olub, 42 nəfər isə yaralanıb, onlardan 8-nin vəziyyəti ağır olduğu bildirilir.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, qəza Sidi Fəttuh yaşayış məntəqəsinin yaxınlığında baş verib. Məlumata görə, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq 200 metr dərinliyi olan dərəyə düşüb.

Mərakeş kralı VI Məhəmməd ölən əsgərlərin ailələrinə başsağlığı verib.

AzNews.az