Gürcüstan ABŞ-la Qara dənizdə hərbi təlimlərə başlayır

10 Avqust 2013 19:29 (UTC+04:00)
ABŞ gəmisi Batumi limanında 4 günlük səfərdə olacaq


Bu gün Gürcüstan vaxtı ilə saat 11:00-da Qara dənizin Batumi limanına ABŞ-ın Bulkeley gəmisi 4 günlük rəsmi səfərə gəlib. Anspress-in Rusiya informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, sabah avqustun 11-də baş tutacaq görüş zamanı sahil mühafizəsinin əmri ilə amerika gəmisinin tərkibi ilə birlikdə planlaşdırılmış hərbi-dəniz təlimlərinin aspektləri müzakirə olunacaq.

Manevrlərdə amerikan gəmisi və Gürcüstanın 2 mühafizə qayığı iştirak edəcək.

AzNews.az