Prezident məzuniyyətə çıxdı - Foto

11 Avqust 2013 07:49 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama məzuniyyətə çıxıb. Anspress-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı 9 günlük məzuniyyətini Massaçusets ştatının Martas-Vinyard adasında keçirəcək.

Obamanı səfərdə özünün milli təhlükəsizlik məsələləri üzrə şəxsi məsləhətçisi Syuzan Rays və baş qərargahın nümayəndəsi müşayiət edir. Baş qərargahın nümayəndəsi olan şəxs Barak Obamanı ABŞ və dünyada baş verən proseslərdən hali edəcək.

Xatırladaq ki, Barak Obama 2012-ci ildəki yay məzuniyyətini də bu adada keçirmişdi.

AzNews.az