İranda zəlzələ

11 Avqust 2013 08:17 (UTC+04:00)
Şənbə günü İranın cənub qərbində, atom elektrik stansiyasının yerləşdiyi Buşəhr vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:35-də, 10 km dərinlikdə qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

AzNews.az