Beş ölkədə günəş elektrik stansiyası quraşdırıldı

11 Avqust 2013 14:15 (UTC+04:00)
İran mühəndisləri hazırlayıb və beş ölkədə günəş elektrik stansiyalarını quraşdırıblar. Trend Mehr agentliyinə istinadən bu barədə məlumat verir.

1.2 MVt gücünə malik elektrik stansiyası İraqda quraşdırılıb. Eyni gücə malik digər elektrik stansiya Səudiyyə Ərəbistanında quraşdırılıb. 5 MVt gücünə malik günəş elektrik stansiyaları, Pakistan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində quraşdırılıb.

Bundan öncə iran şirkətinin yanacağa qənaət üzrə direktoru fevralda bildirib ki, evlərin elektrik enerjisi ilə təchizatı üçün günəş elektrik stansiyalarının istifadəsini genişləndirilməsi planlaşdırılır.

AzNews.az