Partiya qərargahı önündə partlayış FOTO
11 Avqust 2013 14:45 (UTC+04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dayaq məntəqələrindən birinin qarşısında partlayış baş verib.
Anspress yerli mətbuata istinadən xəbər verir ki, hadisə İstanbul şəhəri Kartal rayonu Cevizli məhəlləsi AKP dayaq məntəqəsinin qarşısında baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da gecə baş vermiş partlayışın səsi məhəllədə təşvişə səbəb olub. Yaxınlıqda olan bəzi evlərin və iş yerlərinin pəncərə şüşələri sınıb.
Yerli sakinlər bildirib ki, yaxınlıqda təhlükəsizlik kamerası olmadığından eyni yerdə analoji hadisə tez-tez baş verir.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.
AzNews.az