Tanınmış müğənni vəfat etdi
11 Avqust 2013 15:10 (UTC+04:00)
Eydi Qorme 84 yaşında dünyasını dəyişib
Müğənni, kinoaktrisa, "Qremmi"nin sahibi Eydi Qorme (Eydie Gorme) Las-Veqasda 84 yaşında vəfat edib.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə BBC Qorme ilə işləmiş publisist Hovard Breqmana istinadən xəbər verir.
Eydi Qorme 1928-ci il avqustun 16-da Nyu-Yorkda anadan olub. Onun vinil vallarda ilk yazıları 1956-cı ildə işlıq üzü görüb. 1957-ci ilin sonunda Qorme müğənni Stiv Lourensə ərə gedib, sonra isə onunla duet oxumağa başlayıb.
"Qremmi"ni Qorme 1967-ci ildə, ən yaxşı pop-ifaçısı nominasiyasında alıb.
Breqmanın dediyinə görə, müğənni şənbə günü gündüz, qısa sürən xəstəlikdən sonra vəfat edib.
AzNews.az