Putinin Bakı səfərinin vaxtı bəlli oldu

11 Avqust 2013 15:40 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin vaxtı açıqlanıb.

Modern.az-ın məlumatına görə, Putinin Azərbaycana gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfərin avqustun 14-dək baş tutması nəzərdə tutulub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov "Vestnik Kafkaza" saytının müxbirinə açıqlamasında deyib.

Səfər zamanı Putin Prezident İlham Əliyevlə görüşəcək.

Qeyri-rəsmi məlumatlarda səfər zamanı Putinin Azərbaycana Avrasiya İttifaqına daxil olmaq təklifi edəcəyi bildirilir.

Qeyd edək ki, Putin sonuncu dəfə Azərbaycanda 2007-ci ildə olub

AzNews.az