Əflatun Amaşov Nicat Dağlarla görüşdü - Foto

11 Avqust 2013 18:10 (UTC+04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dünən Almaniyadan müalicədən qayıtmış jurnalist Nicat Dağlara baş çəkib.

Əflatun Amaşov Nicat Dağların səhhəti ilə bağlı yeniliklərlə maraqlanıb. Ona bundan sonrakı müalicə mərhələsində də Mətbuat Şurası olaraq dəstəklərini əsirgəməyəcəklərini bildirib.

Sədr xüsusi olaraq öz adından ölkə başçısı İlaham Əliyevə də dərin təşəkkürünü bildirib və jurnalistin müalicəsini öz üzərinə götürməklə çox böyük və humanist bir addım atdığını qeyd edib.

Xatırladaq ki, Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri prezident İlham Əliyev öz üzərinə götürüb./qafqazinfo/


AzNews.az