5 min yeniyetmə məcburi nikaha girib

11 Avqust 2013 19:30 (UTC+04:00)
Ötən il iyundan avqustun sonunadək 400 məcburi nikah cəhdinin qeydə alındığını bildirir


Britaniya hakimiyyəti həkim, müəllim və hava limanı əməkdaşlarını yay mövsümündə xaricə çıxarılıb nikaha məcbur edilə biləcək yeniyetmələrə daha çox diqqət yetirməyə səsləyib.

Daxili İşlər Nazirliyi ötən il iyundan avqustun sonunadək 400 məcburi nikah cəhdinin qeydə alındığını bildirir. Nazirlik bildirir ki, bir çox hallarda gənclər xaricə getmənin əsl səbəbləri barədə məlumatsız olur.

İş iradəsi əleyhinə nikah bağlamağa çatanda isə onlar kömək üçün kimə müraciət edəcəklərini bilmirlər. Statistikaya görə hər il 5 minədək britaniyalı iradəsi əleyinə nikaha girməyə məcbur olunur./bbcazeri/

AzNews.az