BDU-nun 2 mərtəbəli binası yandı
12 Avqust 2013 07:43 (UTC+04:00)
Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 11 km aralı) Bakı Dövlət universitetinin hal-hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan ümumi sahəsi 480 kv.m olan 2 mərtəbəli taxta konstruksiyadan ibarət tikilisi yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Elnarə
AzNews.az