Kimya zavodunda partlayış; ölən və xəsarət alan var

12 Avqust 2013 08:45 (UTC+04:00)
Türkiyənin Kocaeli vilayətinin Qartəpə rayonu ərazisində yerləşən kimya zavodunda ötən gecə güclü partlayış baş verib.

Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Partlayış nəticəsində zavodda bir işçi həlak olub, bir nəfər isə ağır xəsarət alıb.

100 nəfərə yaxın işçi isə zavoddan evakuasiya olunublar.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar və bir neçə saata yanğın söndürülüb.

AzNews.az