Toyuna bir gün qalmış intihar etdi - Faciə

12 Avqust 2013 09:22 (UTC+04:00)
Azərbaycanın Lənkəran rayonunda iki intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Günəhir kənd sakini, 1991-ci il təvəllüdlü Günəş Cavad qızı Qulamova kəndin yaxınlığındakı meşə massivində ağacdan özünü asaraq intihar edib.

G.Qulamova bir gün sonra həmkəndlisinin evinə gəlin köçəcəkmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər intihar hadisəsi isə rayonun Zövlə kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Şahid Cəbi oğlu Babayev özünü öldürmək məqsədilə intihara cəhd edib. Yaxınlarının vaxtında müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Faktla bağlı araşdırma aparılır.

AzNews.az