Yaxınlarının gözü qarşısında özünü asdı

12 Avqust 2013 09:39 (UTC+04:00)
Bu gün gecə saatlarında Lənkəranda bir nəfər intihar etmək istəyib.

Lənkəran rayon polis şöbəsindən Anspress-in bölgə müxbirinə verilən məlumata görə, Zövlə kənd sakini, 1976-cı il təvəllüdlü Şahid Cəbi oğlu Babayev özünü öldürmək məqsədilə intihara cəhd edib. Kişi yaxınlarının gözü qarşısında özünü asıb. Yaxınlarının vaxtında müdaxiləsi nəticəsində onun həyatı xilas olunub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az