İsraillə Hizbullah arasında qarşıdurmalar davam edir

18 Mart 2024 20:02 (UTC+04:00)

Livan-Fələstin sərhədində patrulluq edən İsrail qüvvələri ilə Hizbullah arasında qarşıdurmalar davam edir.

İsrailin Marvahin sərhəd qəsəbəsinin kənarına endirdiyi hava zərbəsi maddi ziyana səbəb olsa da, can itkisi olmayıb.

Hizbullah media bölməsindən verilən açıqlamada, İsrail hərbi birliyinin idarə olunan raketlərlə hədəf alındığı və raketlərin birbaşa vurulduğu, bölmədəki əsgərlər arasında çoxlu sayda ağır yaralanmalara səbəb olduğu bildirilib.

Mövsüm

Aznews.az