Paşinyan: “Sərhədin demarkasiyası və delimitasiya prosesi praktiki mərhələyə keçib”

19 Mart 2024 00:55 (UTC+04:00)

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi praktiki mərhələyə keçib.

Aznews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib.

“Bu o deməkdir ki, Ermənistanın sərhədləri yerlərdə müəyyən edilməli olacaq. Hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, Ermənistanın sərhədi harada başlayır, harada bitir”, - deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb.