PKK-nın rəhbər şəxslərindən biri zərərsizləşdirilib

19 Mart 2024 12:39 (UTC+04:00)

İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən biri - Rojda Bilen zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

R.Bilenin İran sərhədindəki Pencevin bölgəsində fəaliyyət göstərdiyi müəyyən edilib.

Məlumatda Bilenin gəncləri terror təşkilatına təşviq etdiyi, onları ideoloji təbliğatla manipulyasiya etdiyi vurğulanıb.