“İbrahimbəyov 7 dəfə gələcəyini bəyan edib, amma...” - Siyavuş Novruzov

12 Avqust 2013 10:11 (UTC+04:00)


"Milli Şura perspektivi olmayan bir qurumdur. İndiyə kimi elan etdikləri, qarşıya qoyduqları məqsədlərin heç birini yerinə yetirə bilməyiblər".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın hazırkı durumuna münasibət bildirərkən deyib.

Siyavuş Novruzov qeyd edib ki, Milli Şuranın fəaliyyətini dərnək kimi qiymətləndirmək olar: "Orada nə əvvəl, nə də indi Azərbaycan cəmiyyətini təmsil edən insanlar olub. Onlar ancaq bələdiyyə üzvlüyünə seçilə bilərlər. İndiyə kimi seçkili orqanların heç birinə seçilə bilməyiblər. Xalq onları dəstəkləməyib. Onlar Milli Şurada bir- birlərini aldatmaqla məşğuldurlar. Rüstəm İbrahimbəyov 7 dəfə gələcəyini bəyan edib, amma hələ də gəlib çıxmayıb".

AzNews.az