Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var

23 Mart 2024 21:50 (UTC+04:00)

Sumqayıtda zəncirvari qəza baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq digər iki avtomobilə çırpılıb.

Qəza zamanı 1996-cı il təvəllüdlü Pərviz Şükürov və 1998-ci il təvəllüdlü Fəxrəddin Sayadlı xəsarət alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.