Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.
Aznews.az xəbər verir ki, polis bölməsinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub.