Cəlilabadda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var

26 Mart 2024 19:19 (UTC+04:00)

Cəlilabadda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

"Aznews.az" xəbər verir ki , hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, F.Tağıyeva idarə etdiyi "Hyundai" markalı minik avtomobilini yolun kənarındakı ağaca çırpıb. Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.