“Lukoil“in yanında kişi meyiti tapıldı

12 Avqust 2013 12:34 (UTC+04:00)
Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında çənə sümüyünün sınığı, qabırğa nahiyəsində 2 bıçaq xəsarəti olan 35-40 yaşlı kişinin meyiti tapılıb. Bu barədə AzNews.az DİN-in saytına istinadən məlumat yayıb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az