ABŞ-də helikopterin qəzaya uğraması nəticəsində iki əsgər yaralanıb

28 Mart 2024 13:18 (UTC+04:00)

ABŞ-nin Kolorado ştatında "AH-64E Apache" hərbi helikopteri qəzaya uğrayıb.

Bu barədə "KKTV" məlumat yayıb.

Təyyarə Kolorado-Sprinqsin cənubundakı Fort Karson yaxınlığında qəzaya uğrayıb.

Fort Karson rəsmiləri bildiriblər ki, tək bir "AH-64 Apache" vertolyotu postda gündəlik təlim keçirərkən qəzaya uğrayıb. Onların sözlərinə görə, helikopter 4-cü Piyada Diviziyasının 4-cü Döyüş Aviasiya Briqadasına məxsus olub”, - məlumatda deyilir.

Mövsüm

Aznews.az