Tokayev: ŞƏT ölkələrinin bütün liderləri iyulda Astanada keçiriləcək sammitdə iştirak etmək niyyətindədirlər

28 Mart 2024 17:27 (UTC+04:00)

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan bütün dövlət başçıları assosiasiyanın iyulda Astanada keçiriləcək sammitində iştirak etmək niyyətindədirlər.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.

Çinin Boao şəhərində ŞƏT-in baş katibi Çjan Minqlə görüşündə Qazaxıstan lideri qeyd edib ki, qarşıdan gələn tədbir Astana üçün müstəsna əhəmiyyət kəsb edir. O xatırladıb ki, sammitin mövzusu “Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa nail olmaq” kimi müəyyən edilib.

Tokayevin sözlərinə görə, ŞƏT-ə üzv ölkələr sıx əməkdaşlıq etməlidir, çünki mövcud geosiyasi vəziyyəti nəzərə alaraq assosiasiyaya daxil olan dövlətlərin görüşü vacibdir.

Mövsüm

Aznews.az