İmişlidə qardaş-qardaşı güllələdi

12 Avqust 2013 12:56 (UTC+04:00)
İmişli rayon sakini qardaşını gülləyib.

AzNews.az- ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da İmişli rayonunun Çaxırlı kənd sakini Nail İbrahimov həyətində xuliqanlıq zəminində qardaşı Cəbrayıl istiqamətində ov tüfəngindən atəş açaraq ona bud nahiyəsindən xəsarət yetirib.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

AzNews.az