Ukrayna mediası Odessada partlayışlar barədə məlumat yayıb

29 Mart 2024 19:10 (UTC+04:00)

Odessada partlayışlar baş verib.

Bu barədə Ukraynanın “New Voice” radiosu məlumat yayıb.

“Cümə günü Odessada partlayış səsləri eşidildi. Şəhər və rayonda hava hücumu xəbərdarlığı elan edilib”, – jurnalistlər yazır.

Yerli vaxtla saat 14:21-də Ukrayna Hərbi Hava Qüvvələri Odessa istiqamətində raket atılması barədə məlumat verib. Daha sonra 15 dəqiqə sonra raket təhlükəsi ləğv edilib.

Mövsüm

Aznews.az