Gəncəyə dolu düşüb - FOTO

30 Mart 2024 21:02 (UTC+04:00)

Gəncəyə dolu yağıb.

Aznews.az xəbər verir ki, bu gün 18 radələrində güclü yağışdan sonra şəhərə dolu düşüb. Təxminən 5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.