Mərkəzi Nəbatat Bağı bu il istifadəyə veriləcək

1 Aprel 2024 12:32 (UTC+04:00)

Bu ilin sonunadək Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi nəzərdə tutulub.

İl ərzində Nəbatat Bağının rəsmi açılış mərasimi olacaq.

Hazırda Mərkəzi Nəbatat Bağında təmir-tikinti işləri davam edir.

Qeyd edək ki, 2022-ci ilin noyabrın 19-dan parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə Mərkəzi Nəbatat Bağı ziyarətçilərin girişi üçün bağlıdır.