İsrail Suriyada İran səfirinin iqamətgahı və konsulluq binasının yaxınlığına hava zərbəsi endirib

1 Aprel 2024 19:33 (UTC+04:00)

İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.

Aznews.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Tasnim”in məlumatına görə isə İsrail Dəməşqdə İran səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.

Bəzi mənbələr hücumda 6 nəfərin öldüyünü bildirir.

Hələlik rəsmi məlumat verilməyib.