Qubadlı rayonunda sursat aşkar edilib

2 Aprel 2024 09:33 (UTC+04:00)

Qubadlı rayonunda sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.