Finlandiyada məktəbdə atışma olub

2 Aprel 2024 14:08 (UTC+04:00)

Finlandiyada məktəbdə atışma olub.

Bu barədə yerli polisin yaydığı məlumatda deyilir.

İdarədən bildirilib ki, hadisə Vantaa şəhərindəki Viertola məktəbində baş verib. Təhlükəsizlik qüvvələri hadisə yerindədir, sakinlərdən uzaq durmaq və evlərini tərk etməmək istənilib.

Polisin məlumatına görə, bir neçə nəfər yaralanıb, şübhəli şəxs saxlanılıb. Departament araşdırmanın davam etdiyini bildirib.

Mövsüm

Aznews.az